Rusiyanın Soçi şəhərində Azərbaycan vətəndaşı qız uşağının qətlində ittiham olunur.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Qətldə təqsirləndirilən şəxsin Azərbaycan vətəndaşı, 28 yaşlı Murad Mirzə oğlu Şahmirzəyev olduğu bildirilir.
Məlum olub ki, M. Şahmirzəyev birgə yaşadığı qadının qızını evdə qətlə yetirib. Sonra onun meyitini çantaya qoyaraq çay kənarına gətirib, üstünə daş düzüb. Qonşularına isə uşağın itkin düşdüyünü söyləyib. M. Şahmirzəyev gizlənib. Onu Adler rayonunda yerləşən hosteldə tapıblar.
İstintaqa ilkin ifadəsi zamanı azərbaycanlı gənc törətdiyi hadisəni etiraf edib. O, hadisə baş verən gün yaşadığı qadının qızı ilə birgə evdə olduğunu söyləyib. Onun dediklərinə görə, uşaq özünü pis aparmağa başlayıb. Bu zaman o, uşağın sinəsinə bir neçə zərbə endirib.
Səhər M. Şahmirzəyev dükana gedib, qayıdanda uşağın öldüyünü görüb. O, müstəntiqlərə uşağı harada gizlətdiyini söyləyib.
Yaxın vaxtlarda məhkəmə azərbaycanlının barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq. Azyaşlı uşağı öldürməyi təsdiqlənsə, azərbaycanlı gəncə ömürlük həbs cəzası verilə bilər.
Oxunub: 822