Çinin Fuican əyalətində dəhşətli hadisə baş verib.
Ölkənin məşhur zooparklarından birində əhilləşdirilmiş pələng məşq zamanı baxıcılardan birini parçalayaraq öldürüb.
Məlumata görə, sirkdə göstəriləcək yeni nömrələrə hazırlıq məşqləri zamanı balacalığından ona baxıcılıq edən Vu adlı sahibini parçalayan pələngi heç kim sakitləşdirə bilməyib. Pələngin onu bəsləyib, qayğısına qalan sahibinə niyə hücum etməsi araşdırılır.
Zoopark rəhbərliyi pələngin öldürdüyü şəxsin əlində böyümüşdü, o, əhlilləşdirilmişdi, yırtıcı deyildi deyə bəyanat verərək, hadisənin hansı səbəbdən baş verdiyini araşdırdıqlarını deyiblər.
Oxunub: 670