Nepalın paytaxtı Katmandu şəhərinin Tribxuvan beynəlxalq aeroportu yaxınlığında qəzaya uğrayan Banqladeş təyyarəsinin göyərtəsində 80-ə yaxın sərnişin ola bilər.
Djb.az məlumat verir ki, bu barədə BBC agentliyi məlumat yayıb. "Katmandu Post” qəzeti isə öz növbəsində 17 sərnişinin xilas edildiyini və xəstəxanaya çatdırıldığını bildirir.
İlkin məlumata görə, Banqladeşin "US-Bangla” aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş-eniş zolağından çıxıb, sonra yanmağa başlayıb.
Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. Qəzaya texniki nasazlığın səbəb olduğu ehtimal edilir. Aeroportda martın 12-nə planlaşdırılan bütün aviareyslər ləğv olunub.
Oxunub: 640