Misir hərbçiləri son 4 gündə keçirdikləri "Sinay-2018" irimiqyaslı antiterror əməliyyatı zamanı 16 terrorçunu məhv ediblər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ordunun məlumatında bildirilir.
Qeyd edilir ki, öldürülənlərdən 4-ü təhlükəli ekstremistlər olub. Onlar Sinay yarımadasının mərkəzi hissəsində məhv ediliblər.
Daha 12 terrorçu isə Sinayın digər hissəsində öldürülüb.