Liviyanın Hərbi Dəniz Qüvvələri (HDQ) şənbə günü Aralıq dənizi sahilləri yaxınlığında 335 qeyri-leqal miqrantı xilas edib.
Djb.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu HDQ-nin rəsmi nümayəndəsi Eyyub Qasım deyib.
"Qeyri-leqal miqrantlar müxtəlif Afrika və ərəb ölkələri, eləcə də, Misir, Mərakeş və Əlcəzair vətəndaşlarıdırlar", — deyə o bildirib.
Ölkənin Sahil Mühafizə Xidməti şənbə günü üç xilasetmə əməliyyatı həyata keçirib. Onlardan sonuncusu zamanı aralarında 8 qadın olmaqla, 98 nəfər xilas edilib.