dini radikalizm və ekstremizmlə mübarizə

Rusiyanın 27 zabit itirdiyi qəza: Təyyarə vurulub?

Rusiyanın 27 zabit itirdiyi qəza: Təyyarə vurulub?
Suriyada qəzaya düşən Rusiyanın An-26 hərbi nəqliyyat təyyarəsinin qəzaya düşməsi ilə bağlı yeni detallar ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Kommersant” qəzeti yayıb. Bildirilir ki, An-26 Hmeymim aviabazasına enən zaman pilotun təyyarənin idarəetməsi ilə bağlı problemi yaranıb. Belə ki, təyyarənin qanadlarının arxa hissəsinin buraxılışı zamanı onlardan biri naməlum səbəblərdən qopub, bu isə pilotların idarəetməni itirməsinə səbəb olub.

Qeyd edək ki, An-26 martın 6-da qəzaya düşüb. Qəza nəticəsində biri general və 26-sı zabit olmaqla, 39 hərbçi həlak olub.

Ceyş əl-İslam terror təşkilatı bundan öncə məlumat yayaraq, An-26-nın Hmeymim bazasına enərkən atəşə tutulduğunu bildirmiş və qəzanın məsuliyyətini öz üzərinə götürmüşdü.

Oxunub: 760
Oxşar xəbərlər
SON XƏBƏRLƏR