dini radikalizm və ekstremizmlə mübarizə

Hindistanda evtanaziyaya icazə verildi

Hindistanda evtanaziyaya icazə verildi
Cümə günü Hindistan Ali Məhkəməsi müalicəsi qeyri-mümkün olan xəstələrə passiv evtanaziya hüququ verən qərar qəbul edib.

“Hər bir insan hər hansı bir tibbi müalicəni keçməyəcəyi barədə qərar vermək hüququna malikdir. Bu zaman onun həyatını təmin edən sistemlər işə salınmamalıdır. İnsanların şərəflə vəfat etməyə tam hüquqları var”, - deyə telekanal məhkəmənin bəyanatını misal gətirib.

Oxu.Az xəbər verir ki, telekanalın məlumatına görə, passiv evtanaziya (tibb işçilərinin bilərəkdən təminedici terapiyanı dayandırması) o halda tətbiq ediləcək ki, xəstə buna icazə verdiyini sağlığında bildirsin.

Bu, ciddi xəstəlik və yaxud bədbəxt hadisə nəticəsində koma vəziyyətinə düşdüyü halda həyatı təmin edən vasitələrin işinin dayandırılması ilə bağlı xəstənin razılığını və ya razı olmadığını əks etdirən vəsiyyətnamədir.

Bundan əlavə, Ali Məhkəmə qərara alıb ki, xəstəliyi müalicə olunmayan xəstənin ailə üzvləri və ya dostları da həmin xəstə üçün evtanaziya haqqında xahişlə məhkəməyə müraciət edə bilər.

Bu halda məhkəmədə xəstə üçün passiv evtanaziya məsələsini həll edəcək tibbi şura təşkil ediləcək.

Oxunub: 679
Oxşar xəbərlər
SON XƏBƏRLƏR