Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Candaris rayonunun azad edilməsi üzrə əməliyyatlara başlayıb.
Djb.Az Trend-ə istinadən xəbər verir ki, hazırda Türkiyə SQ Candaris rayonunda terrorçuların mövqelərinə zərbələr endirir, "Azad Suriya Ordusu" birləşmələri isə qəsəbənin ətrafında döyüşlər aparır.
Qeyd edək ki, bu gün Türkiyə SQ Baş Qərargahı "Zeytun budağı" əməliyyatı çərçivəsində 134 yaşayış məntəqəsinin və 22 strateji yüksəkliyin terrorçulardan azad edilməsi barədə məlumat yaymışdı.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Oxunub: 813