BMT Təhlükəsizlik Şurasının qətnaməsinə baxmayaraq Suriyada qanlı döyüşlərin ardı-arası kəsilmir.
Djb.az xarici mətbuata istinadən xəbər verir ki, fevralın 25-dən martın 3-dək davam edən döyüşlərdə və hava zərbələrində 146 dinc sakin həlak olub. Suriyanın İnsan Haqları Şəbəkəsinin məlumatına görə, onlardan 38-i uşaqlar və 21-i qadınlardır.
Bəşşar Əsədə məxsus silahlı qüvvələrin hücumları və atəşləri nəticəsində 114 nəfər ölüb. Onlardan 22-i uşaq, 16-ı qadındır. Daha 5 dinc sakin isə Rusiya Silahlı Qüvvələrinin hava zərbələri nəticəsində öldürülüb.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələrinin endirdiyi zərbələr nəticəsində 16 suriyalı həlak olub. Onlardan 10-u uşaqlardır.
Son həftə ərzində İŞİD terrorçuları 5 dinc sakinin həyatına son qoyublar. Onlardan 4-ü uşaqdır.
Öldürülmüş daha 6 nəfərin kimliyi məlum deyil. Onlardan 2-inin uşaq olduğu deyilir.
Oxunub: 759