Əsəd rejiminə aid qüvvələr Şərqi Quta bölgəsinə havadan və qurudan hücum edib.
Axar.az xəbər verir ki, hücumlar nəticəsində 4-ü uşaq olmaqla 9 mülki şəxs həlak olub, xeyli insan yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, müxaliflərin nəzarətində olan Şərqi Qutada 400 min mülki vətəndaş yaşayır.