Növbəti həftə Rusiyanın paytaxtı Moskvada rekord dərəcədə şaxtanın olacağı gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometereologiya Departamenti məlumat yayıb.
Bildirilib ki, artıq fevralın 20-dən etibarən temperatur kəskin şəkildə enəcək. Fevralı 21-də isə havanın temperaturu gecə -14-19°, gündüz isə - 8-13° olacaq.
Növbəti gecə daha şiddətli soyuq olacaq və qışın ən şaxtalı başlanğıcı sayılacaq.
Həmin vaxt temperaturun -26°-yə qədər enməsi gözlənilir.