dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyə Afrinə qəhrəmanları göndərdi – Cinderes döyüşü

Türkiyə Afrinə qəhrəmanları göndərdi – Cinderes döyüşü
Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində Ömər Simo və Arşali kəndlərini terrorçulardan təmizləməsindən sonra strateji əhəmiyyətli Cindereslə türk əsgəri arasında cəmi 500 metr məsafə qalıb.

Axar.az xəbər verir ki, Türkiyə ordusu Cinderesdə məşkunlaşma ərazilərində baş verəcək döyüşlərə ciddi şəkildə hazırlaşıb.

Məlumata görə, mülki itkiləri minimuma endirməyi hədəfləyən TSQ Cinderes uğrunda gedəcək döyüşlərdə iştirak üçün Afrinə Sur, Cizrə və Nusaybində aparılan xəndək döyüşlərində təcrübə toplamış hərbçiləri (“Xəndək qəhrəmanları”) cəlb edib.

Qeyd edək ki, Cinderesə irəliləyən türk əsgərinə dəstək məqsədi ilə cənub cəbhəsində hücuma keçən ASO-nun səyləri nəticəsində illərdir bağlı qalan İdlib-Afrin yolu açılıb.

Oxunub: 689
Oxşar xəbərlər
SON XƏBƏRLƏR