Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri Quneitra şəhəri səmasında müşahidə olunan İsrailə məxsus kəşfiyyat təyyarələrini ölkənin hava sahəsini tərk etməyə məcbur edib.
Axar.az xəbər verir ki, bu barədə SANA informasiya yayıb.
“Suriya HHM qüvvələri çərşənbə günü Quneitra şəhəri səmasında İsrailin kəşfiyyat təyyarələrinə atəş açaraq, onları ölkənin hava məkanını tərk etməyə məcbur edib”, - məlumatda deyilib.
İsrail baş verən hadisə barədə hər hansı açıqlama verməyib.
Qeyd edək ki, bir qədər əvvəl Suriya HHM qüvvələrinin hücumu nəticəsində İsrailə məxsus F-16 qırıcı təyyarəsi vurulmuşdu.