Türkiyə Silahlı Qüvvələri və ASO-nun Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatı davam edir.
Axar.az xəbər verir ki, əməliyyatın 17-ci günündə Afrinin qərbində yerləşən Surki kəndi terrorçulardan təmizlənib.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, “Zeytun budağı” əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçu sayı 947-yə yüksəlib.