Türkiyə Baş nazirinin müavini və hökumətin spikeri Bəkir Bozdağ fevralın 4-də bəyan edib ki, kürd “Xalq özünümüdafiə qüvvələri” dəstələrinin formalarını geyinmiş amerikalı hərbçilər türk ordusunun hədəfinə çevrilə bilərlər, Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
“Kürd qüvvələri Manbicdən getməsələr, biz Suriyanın bu şəhərinə girəcək, hətta Fəratdan şərqə də keçəcəyik, - deyə, o bildirib. – Kürd qüvvələrinin formasını geyinmiş ABŞ hərbçiləri də hədəfimizdir”.
Bozdağın sözlərinə görə, “Zeytun budağı” əməliyyatının keçirildiyi 16 gün ərzində Suriyanın Afrin əyalətində 932 terrorçu məhv edilib”.