Vaşinqton yeni nüvə doktrinası ilə Çinin nüvə potensialının təhdidlərini çox şişirdib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“ABŞ Müdafiə Nazirliyi ölkələrinin nüvə doktrinasını dərc edib, sənəddə Çinin inkişaf planları haqqında absurd gümanlar irəli sürülüb, Çinin nüvə qüvvələrinin təhdidi şişirdilib. Biz, qəti şəkildə etiraz edirik”, - deyə, məlumatda bildirilir.
Hərbi idarədən qeyd ediblər ki, Çin nüvə silahını birinci tətbiq etməmək və nüvə potensialına malik olmayan ölkələri bu silahla təhdid etməmək prinsipinə sadiq qalmaqdadır.
“Ümid edirik ki, ABŞ Çin tərəfi ilə birgə qarşılıqlı addımlar atacaqlar ki, iki dövlətin silahlı qüvvələri ikitərəfli münasibətlərdə sabitləşdirici amil olsun, həmçinin regional və qlobal sülh, sabitlik və rifahın birgə müdafiəsi uğrunda çıxış etsinlər”, - deyə, Çin Müdafiə Nazirliyindən bildiriblər.