dini radikalizm və ekstremizmlə mübarizə

Böyük Britaniya parlamentində 20 Yanvar şəhidləri yad edilib

Böyük Britaniya parlamentində 20 Yanvar şəhidləri yad edilib
Böyük Britaniya parlamentində 20 Yanvar faciəsinin ildönümü qeyd edilib.

“Report”un Qərbi Avropa bürosu məlumat verir ki, anım mərasimi Azərbaycanın Krallıqdakı səfirliyinin və Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı, Böyük Britaniya - Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri, Britaniya parlamentinin üzvü Bob Bləkmənin himayəsi ilə baş tutub.

Tədbirdə Britaniya parlamentinin Lordlar və Nümayəndələr palatalarının üzvləri, habelə Lord David Evans, Lord Lesli Tönberg, diplomatik korpusun nümayəndələri, ictimai xadimlər, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Tədbirdə sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, azadlıq uğrunda mübarizə aparan əliyalın Vətən övladlarının gülləbaran edildiyi diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Bob Bləkmən bildirib ki, Qanlı Yanvar günü 300 nəfər Azərbaycan vətəndaşı qətlə yetirib ki, onlar da azad cəmiyyətdə yaşamaq arzusunda olan sülhsevər insanlar olublar. Faciə qurbanları Azərbaycanın azadlığı uğrunda həyatlarını veriblər və bu gün Azərbaycan xalqı öz azadlığını onlara borcludur.

Səfir Tahir Tağızadə 20 Yanvar faciəsinin səbəbləri və nəticələri haqqında tədbir iştirakçılarına məlumat verib. T.Tağızadə şəhidlərin torpağa tapşırıldığı Şəhidlər xiyabanında gürcü, rus, yəhudi və digər mənşəli insanların dəfn olunduğunu diqqətə çatdırıb və bildirib ki, Azərbaycan hər zaman müxtəlif etnik mənşəli insanların bir ailə kimi yaşadığı cəmiyyətə malik olub.

Tədbir iştirakçıları daha sonra Azərbaycanın istedadlı tarzənlərindən olan Rafiq Rüstəmovun ifasında həzin Azərbaycan musiqisinin sədaları altında şəhid olmuş Azərbaycanın igid oğul və qızlarını yad ediblər.

Oxunub: 743
Oxşar xəbərlər
SON XƏBƏRLƏR