"Malaysia Airlines" aviaşirkətinə məxsus təyyarə Mərkəzi Avstraliyada təcili eniş edib.
“Report” xəbər verir ki, bu barədə yerli "9news" portalı məlumat yayıb.
Buna texniki nasazlıq səbəb olub. Dördsaatlıq uçuşdan sonra təyyarədə gözlənilmədən işıqlar sönüb və hava gəmisi titrəməyə başlayıb.
Göyərtəsində 200 sərnişin olan "A300" layneri Sidneydən Kuala-Lumpura uçurmuş.
Kapitan təyyarəni Elis-Sprinqs şəhərində yerə endirib. Zərər çəkən olmayıb.
Müəyyən edilib ki, mühərriklərdən biri xarab olub.