PKK yönümlü HDP-dən olan əski Şırnak millət vəkili Hasip Kaplan patiyadan istefa verdiyini və siyasətdən getdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, buna səbəb onun irqçi-şovinist ruhlu açıqlaması və həmin açıqlamaya göstərilən sərt təpkilər səbəb olub.
Belə ki, HDP-nin qurultayı öncəsində həmsədrliyə namizədliklə bağlı mesajlar paylaşıb.
Kaplan “HDP qurultayında Demirtaşın yerinə əsla və əsla bir Türk göz dikməsin, mənim acizanə xahişimdir, hər kəs həddini biləcək”, - deyib.
Hasip Kaplanın bu sözlərinə isə tanınmış sənətçi -HDP-li millət vəkili Sırrı Süreyya Önder və HDP-dən təpkilər gəlib.
Bundan sonra Hasip Kaplan bu sabah siyasəti buraxdığını və HDP-dən istefa etdiyini bildirib.