dini radikalizm və ekstremizmlə mübarizə

Yerevanda yol polisi avtomobili qəza törətdi: Zabit öldü - FOTO

Yerevanda yol polisi avtomobili qəza törətdi: Zabit öldü - FOTO
Yerevanda bazar ertəsinə keçən gecə Abovyan küçəsi ilə Sayat-Nova prospektinin kəsişməsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, “BMW X6” markalı, 7270-17-HV tranzit nömrə nişanlı avtomobil “Toyota Corola” markalı Yol Patrul Xidmətinə aid maşınla toqquşub.

Qəza nəticəsində “Toyota”nın sürücüsü – yol polisi xidmətinin zabiti, 29 yaşlı Areq Davtyan xilasedicilər hadisə yerinə gələnə qədər yaxınlıqdakı tibb mərkəzinə aparılıb. Polis zabiti tibbi müəssisədə keçinib.

Həmin avtomobilin sərnişini, 34 yaşlı Xaçik Qasparyan isə Bir nömrəli Universitet Klinikasına çatdırılıb, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

“Toyota” ilə toqquşmadan sonra “BMW” yolun kənarındakı reklam lövhəsində çırpılıb və sürücü hadisə yerindən qaçıb.

Oxunub: 639
Oxşar xəbərlər
SON XƏBƏRLƏR