Fransada “Eleonor” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “24heures” saytı xəbər verib. Bundan əvvəl 5 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı bildirilirdi.
Məlumata əsasən, 80 yaşlı kişinin meyiti Sona və Luara departamentində çayda aşkarlanıb.
Qasırğanın vurduğu maddi zərər 200 milyon avro təşkil edir.