dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya təyyarəsi Suriyada hərbi bazaya enə bilmədi

Rusiya təyyarəsi Suriyada hərbi bazaya enə bilmədi
Rusiya ordusuna aid İl-76 hərbi yük təyyarəsi Suriyada yerləşən “Hmeymim” bazasına eniş edə bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4”-ün “Telegram” kanalı təyyarələrin trayektoriyasını izləyən fəallara (aviaspotterlərə) istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, söhbət Moskva vilayətinin Çkalov hərbi aerodromundan qalxan uçuş bölüyünə aid İl-76 MD 223 təyyarəsindən gedir.

Təyyarə Türkiyənin hava məkanından keçdikdən sonra “Hmeymim” aviabazası ətrafında dövrə vurub və geri dönərək şimala, Rusiyaya doğru istiqamət alıb.

Qeyd olunan təyyarənin sonradan Anapa (Soçi) hava limanına endiyi bildirilir.

Bu informasiyanı “Flightrada24” portalı da təsdiqləyib.

Belə manevrin səbəbi hələlik bəlli olmasa da, “Directorate 4”-ə görə bunun dekabrın 31-də bazanın yaraqlılar tərəfindən atəşə tutulması ilə əlaqədar olduğunu istisna etmək olmaz.

Oxunub: 825
Oxşar xəbərlər
SON XƏBƏRLƏR