“Altın Kelebek”də “Öz möcüzəsini yaradanlar” kateqoriyası üzrə mükafat alan aktrisa Cansu Dere və aktyor Engin Akyürek sevgili olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Akşam” qəzeti məlumat yayıb. Bildirilir ki, uzun müddətdir sevgilisi olmayan Engin aktrisaya aşiq olub.
Mətbuata qarşı məsafəli olan cütlük bu barədə çox danışmaq istəmir.
Onlar gözlərdən uzaq münasibətlərini yaşamaq niyyətindədirlər.