ABŞ-da azı 21 nəfər dəm qazından zəhərlənib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumatda bildirilir ki, hadisə Nyu-Cersi ştatında, Pert-Amboy şəhərində, çoxmənzilli binada baş verib. Zərəçəkənlərdən 6-ı huşsuz vəziyyətdədir. Onlar xəstəxanaya yerləşdirilib. Digər zərərçəkənlərə isə hadisə yerində tibbi yardım göstərilib.
Hadisənin baş verdiyi yer giriş üçün bağlanılıb.