ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli Təhlükəsizlik Şurasının İrandakı etirazlarla bağlı görüşü ərəfəsində bu ölkədə Suriya ssenarisi təhlükəsinin inkişafını bildirib və buna yol verməməyə çağırıb.
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.
"Dünya Suriyada baş verən dəhşətlərin şahidi oldu. Hansılar ki, qanlı rejimin xalqın dinc etiraz haqqını inkar etməsindən başladı. Biz bunun İranda baş verməsinə yol verməməliyik", - deyə Heylinin yayılmış bəyanatında bildirilir.
Heylinin sözlərinə görə, İranda baş verənlər, bu ölkənin xalqı, habelə beynəlxalq sülh və təhlükəsizlik, fundamental insan hüquqları məsələsinə toxunur.