Rusiyanın Müdafiə Nazirliyi Suriyada ordusuna məxsus döyüş təyyarələrinin məhv edilməsi xəbərinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Rusiyanın əsas hərbi idarəsi Suriyada “Hmeymim” bazasında yeddi təyyarənin məhv edilməsi haqqında xəbərləri “yalan” adlandırıb.
İdarədən həmçinin bazanın minaatanlardan atəşə tutulması barədə məlumatları təsdiqləyərək, iki hərbi qulluqçunun həlak olduğunu bildiriblər. Hadisə dekabrın 31-də, gecə saatlarında baş verib.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Suriya təhlükəsizlik orqanları ilə birlikdə bazaya hücum etmiş yaraqlıların tapılması və məhv edilməsi, həmçinin aviabazaya bitişik ərazilərdə mühafizə rejiminin gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.