KİV: ŞİMALİ KOREYANIN RAKETLƏRİNDƏN BİRİ ŞƏHƏRƏ DÜŞDÜ
Şimali Koreyanın Pxenyan-Namdo əyalətində ordunun apardığı uğursuz raket sınağı nəticəsində raketlərdən biri Tokçhon şəhərinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Diplomat” ABŞ hökumətində KXDR-nin raket proqramının monitorinqini aparan mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, insident aprelin 28-də baş verib. Sunçhonun şəhərinin kənarından buraxılan “Hvason-12” ballistik raketi 70 km yüksəkliyə qalxıb, bir müddət sonra isə şəhərə düşərək, bir sıra sənaye və kənd təsərrüfatı obyektlərinə ciddi ziyan vurub.
Dərgi sübut olaraq bir neçə fakt göstərib. Məsələn, iyul ayında KXDR-də “Hvason-14” ballistik raketinin ilk uğurlu buraxılışına həsr olunmuş konsert keçirilib. Həmin konsertdə ölkənin Kim İr Senin hakimiyyət illərindən başlayan raket proqramının tarixi - videoicmalı nümayiş olunub.
Videoçarxda “Hvason-12” raket buraxılışının KXDR lideri Kim Çen Inın iştirakı ili keçirilən hər 3 təftişindən təsvirlər təqdim olunub. “The Diplomat” qeyd edir ki, hər üç buraxılış uğurlu olsaydı, ölkənin rəsmi “təbliğat maşını” mütləq onlar barədə danışardı.