Nyu-York meri Bill De Blazio cümə axşamı qarlı-şaxtalı hava şəraiti səbəbindən şəhərin bütün məktəblərinin bağlanacağını bildirib.
“Report” xəbər verir ki, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.
"Nyu-York məktəbləri sabah, yanvarın 4-də qar çovğunu səbəbindən bağlı olacaq", – deyə şəhər meri qeyd edib.
ABŞ Milli Meteorologiya Xidməti ölkənin Atlantik okeanı sahilləri istiqamətində güclü qar fırtınasının irəlilədiyi barədə xəbərdarlıq edib. Hava proqnozlarına görə, Nyu-Yorku qar yağışı və aşağı dərəcəli temperatur gözləyir.