Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının prezidenti Həsən Ruhaniyə zəng edib.
Oxu.Az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, telefon danışığında Ərdoğan ölkəsinin İranda ictimai sabitliyin qorunub saxlanmasına önəm verdiyini deyib.
Türkiyə prezidenti əlavə edib ki, həmkarının “xalq etiraz aksiyaları keçirmək hüququndan istifadə edərkən qanunları pozmamalıdır” açıqlamasını təqdir edir.
Həsən Ruhani dekabrın 28-dən davam edən etiraz aksiyalarının bir neçə günə başa çatacağına ümid etdiyini diqqətə çatdırıb.