dini radikalizm və ekstremizmlə mübarizə

İran ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edib

İran ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edib
Suriyada amerikalı hərbçilərin iştirakı qanunsuzdur, bu səbəbdən də ABŞ öz qoşunlarını Yaxın Şərq ölkəsinin ərazisindən çıxarmalıdır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, admiral Əli Şamxani telekanallardan birinə müsahibəsində bəyan edib.

Admiral bildirib ki, ABŞ İran və Suriyadan fərqli olaraq öz qoşunlarını Suriyaya göndərmək üçün razılıq əldə etməyib. Əli Şamxani amerikalı hərbçilərin Suriyadakı mövcudluğunu “işğal” olaraq dəyərləndirib.

Şamxani Tehranın bu mövzuda Dəməşqi dəstəklədiyini vurğulayıb:

“Biz bunu bütün beynəlxalq tribunalarda tələb edəcəyik. (Amerika qoşunlarınının çıxarılmasını-red.)

Oxunub: 782
Oxşar xəbərlər
SON XƏBƏRLƏR