dini radikalizm və ekstremizmlə mübarizə

Tələbələr arasında akademik stress və qeyri-müəyənlik artır – Psixoloqdan xəbərdarlıq


Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloq-psixoterapevti Mirsadiq Muxtarov 2026-cı il oktyabrın 5-də “Tehsil365” xəbər portalına tələbələr arasında akademik stress, gələcəklə bağlı qeyri-müəyyənlik və psixoloji gərginliklə bağlı fikirlərini bölüşüb.

Psixoloq bildirib ki, son illərdə universitet tələbələri daha çox akademik stress, təşviş, emosional yorğunluq və özünəinam problemləri ilə psixoloqlara müraciət edirlər. Onun sözlərinə görə, yüksək nəticə gözləntiləri, valideynlərin təzyiqi gələcək karyera ilə bağlı narahatlıqlar və özünü digər tələbələrlə müqayisə etmək ciddi psixoloji gərginlik yarada bilər. Mirsadiq Muxtarov qeyd edib ki, bəzi tələbələr yaxşı nəticə əldə etsələr belə, özlərini uğursuz və yetərsiz hesab edirlər. Gələcəklə bağlı həddindən artıq narahatlıq və uğursuzluq qorxusu uzun müddət davam etdikdə yuxuya, diqqətə, dərsə münasibətə və gündəlik fəaliyyətə mənfi təsir göstərə bilər. Mütəxəssis sosial medianın da gənclərin özlərini başqaları ilə müqayisə etməsinə təsir etdiyini bildirib. Onun sözlərinə görə, tələbələr başqalarının, əsasən, uğurlu və xoşbəxt görünən tərəflərini gördükləri üçün özlərini kifayət qədər bacarıqlı və ya uğurlu hesab etməyə bilərlər.

Psixoloq vurğulayıb ki, universitet dövründə kimlik, gələcək planları və karyera seçimi ilə bağlı suallar, eləcə də ailədaxili problemlər və münasibətlərdə yaşanan çətinliklər tələbələrin emosional vəziyyətinə və akademik göstəricilərinə təsir edə bilər. Mirsadiq Muxtarov tələbələrin psixoloji dəstəyə vaxtında müraciət etməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, psixoloqa müraciət etmək üçün mütləq ciddi problem yaşamaq lazım deyil və universitetlərdə tələbələrin emosional savadlılığının, stresslə mübarizə bacarıqlarının və psixoloji dayanıqlılığının inkişafına daha çox diqqət yetirilməlidir.

Oxunub: 15
Oxşar xəbərlər
SON XƏBƏRLƏR