Mingəçevir Dövlət Universiteti olaraq elmi müstəvidə əsas hədəfimiz beynəlxalq sferada ilk öncə sırf keyfiyyətli tədqiqat işlərinin ərsəyə gətirilməsidir.
2026-cı ilin ilk rübündə əməkdaşlarımızın 4 məqaləsi Scopus bazasına daxil olan Q1 kvartil və dünyanın top 10% jurnallarında dərc edilmişdir.
Cari ilin yanvar ayında, MDU Elm və innovasiya məsələləri üzrə prorektor, eyni zamanda "İqtisadiyyat" kafedrasının müəllimi dos. Namazova Natəvan Veysəl qızı və həmin kafedranın müdiri, müəllimi dos. Zeynalova Zivər Zeynal qızının həmmüəllifləri olduğu məqalə İsveçrənin "Sustainability" jurnalında dərc edilmişdir.
Məqalənin linki:
https://www.mdpi.com/2071-1050/18/2/634Fevral ayında, MDU Elmi Tədqiqat və İnnovasiya Şöbəsinin müdiri, eyni zamanda "Biznes və Menecment" kafedrasının müəllimi Həsənov Ramil İlham oğlunun həmmüəllifi olduğu məqalə də İsveçrənin "Sustainability"jurnalında dərc edilmişdir.
Məqalənin linki:
https://www.mdpi.com/2071-1050/18/5/2192Fevral ayında, eyni zamanda "Energetika" kafedrasının baş müəllimi, t.f.d. Süleymanova Liliya Çingiz qızının həmmüəllifi olduğu məqalə Ukraynanın "Ukrainian Journal of Physical Optics" jurnalında dərc edilmişdir.
Məqalənin linki:
https://www.ifo.lviv.ua/journal/2026/2026_2_27_04.htmlMart ayında, MDU Elmi Tədqiqat və İnnovasiya Şöbəsinin müdiri, eyni zamanda "Biznes və Menecment" kafedrasının müəllimi Həsənov Ramil İlham oğlunun həmmüəllifi olduğu növbəti məqalə isə Macarıstanın "Regional Statistics" jurnalında dərc edilmişdir.
Məqalənin linki:
https://www.ksh.hu/docs/hun/xftp/terstat/online-first/rs160204.pdfQeyd edirik ki, məqalələrin dərc edildiyi jurnallar eyni zamanda Web of Science indeks bazalarına da daxildir.
Universitetimizin beynəlxalq indeksli platformalarda elmi-tədqiqat fəaliyyəti, uğurları ilə bağlı informasiya və hesabatları mütəmadi olaraq nəzərinizə çatdırmağa davam edəcəyik.
Oxunub: 0