dini radikalizm və ekstremizmlə mübarizə

KİŞİNİN KİŞİLİYİ ONUN QADININDAN BƏLLİDİR


İş yerlərimin birində bir iş yoldaşım xanım vardı. Çox mehriban, gülərüz biri idi. Bir gün söhbət vaxtı öyrəndim ki, sən demə 10 ildir ailəli olsa da övladı yoxdur. İş elə gətirmişdi ki, onunla eyni məkanda çalışmalı olmuşdum. Beləcə haqqında da öyrənməyə başladım. Arzu (ad şərtidir) danışırdı ki, yoldaşı ilə sevib evləniblər. Övladları olmayıb deyə həkim- həkim gəziblər. Sonsuzluğun səbəbi yoldaşı imiş. İrana, Türkiyəyə belə analizlər gedib və eyni cavablar alınıb. Arzu deyir yoldaşıma dedim ki,mənə uşaq lazım deyil, mənim uşağım elə sənsən. Səni sevirəm və xoşbəxtəm. Yoldaşı taksi sürürmüş. Qazanci da bir şey deyilmiş. Bütün həkim xərcləri, müalicə xərclərini Arzu və Arzunun valideynləri çəkirmiş. Hətta ev də Arzunun imiş. Danışırdı ki, yoldaşım görürdü ki, onu hədsiz sevirəm, özünü qaldırıb dağ başına qoymuşdu. Evin bazarlığı belə mənə baxırdı. Onun əyin başı da. Düşünürdüm kişi xeylağıdir,qoy sonsuzluğunu düşünüb utanmasın, gözü kölgəli hiss etməsin özünü. Özümü oda közə vururdum. Günlərin birində yoldaşım gecə işdən evə gəlmədi. Nigaran qaldım,zəng elədim. Dedi taksidəyəm, işləyirəm. Beləcə başladı gecələr evə gəlməməyə. Yavaş yavaş öyrəndim ki, pozqun bir qadını aparır otelə, evlərə. Yəni gecələr bu qadına işləyir. Deyir özü də danışırdı ki,"Zalim qızı bir gecədə neçə müştəriyə gedir". Deyir içimdə qısqanclıq da bir tərəfdən baş qaldırıb. Nə qədər biruzə verməməyə çalışsam da, alınmırdı. Davalar düşürdü. Bu çıxıb evdən gedirdi. Tək qala bilmirdim. Ölürdüm o olmayanda. Öyrənmişdim ona. Uşağım kimi idi. O isə başlamışdı deməyə ki, boşanaq. Elə bilirdim ölərəm. İntihar etmək istəyirdim. Gözümün önündə bircə o vardı. Mən onsuz necə yaşaya bilərəm? Bir gün o hər şeyini yığıb getdi. Telefon nömrəsini də dəyişdi. Öyrəndim ki, həmin o pozqun qadınla yaşamağa başlayıb. O dönəmlərdə mən necə oldu ölmədim, indi də bilmirəm.
... Arzu həmin günlərdə həqiqətən dəhşət vəziyyətdə idi. Depresiyaya düşmüşdü. Demək olar bütün uşaqlar ona təsəlli verirdi. Sonra mənim otağım dəyişdi və Arzunu az az görməyə başladım. Bir gün eşitdim ki, Arzu yenidən ailə qurub. İnana bilmədim. Getdim yanına. Üzündə hüzn qarışıq bir ifadə vardı. Dedi "hə Vəfa, ailə qurmuşam. Özümdən bir neçə yaş böyük oğlanla. Anası bəyəndi məni bir məclisdə. Elə sabahı gün də elçi düşdü. Anamgil dedi get, o əclafi düşünüb ömrünü hədər eləmə. Mən də getdim. Yaxşı adamdır yoldaşım. Mənə çox dəyər verir. Hər şey alır, işə gəlməyimə razı deyil. Evə qapanıb qalmayım deyə gəlirəm" Üzünə xəfif bir təbəssüm gəldi
- Vəfa, mən hamiləyəm
O günü o qədər sevindim ki... Elə bil mənim övladım olacaqdı. Aylar keçdi və Arzunun gül parçası qızı doğuldu. Daha sonra bir oğlu. Zaman keçdi. Yenidən söhbət etməyə zamanımız oldu. Arzudan keçmiş yoldaşını soruşdum. Dedi mən ailə qurandan sonra gəlib məni soruşurmuş. Bacıma deyib Arzuya deyin ayrılıb gəlsin. Mən çox peşimanam. Bağ belə, bostan belə. Həm də maşınını vurub, düzəltməyə də pulu yoxdur. Həmişə mən verərdim axı pulu. İndi qalıb pulsuz. Qoy rədd olsun. Ağlım olmayıb ona o qədər illərimi vermişəm. Yoldaşım mükəmməl insandır. Mən onunla yaşayandan sonra anlamışam qadın olmaq nədir"
Bu yaxınlarda yenə gördüm Arzunu. Gözlərinin içi gülürdü.
P.S Həqiqətən bir kişinin kişiliyi onun qadınından bəllidir!.......

Taleh Turan

Oxunub: 769
Oxşar xəbərlər
SON XƏBƏRLƏR