» » Təhsil naziri şagird və valideynlərə videomüraciət edib

Təhsil naziri şagird və valideynlərə videomüraciət edib

Təhsil naziri şagird və valideynlərə videomüraciət edib

Təhsil naziri Ceyhun Bayramov şagirdlərə və valideynlərə videomüraciət edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir ki, UNESCO-nun məlumatına əsasən, hazırda dünyada 100-dən çox ölkədə 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb: “Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib, məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəssisələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədilər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarını səmərəli keçirməsi məqsədilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verildi. Teledərslər bütün sinifləri və əksər fənləri əhatə etdi. Ümidvaram ki, bizim şagirdlərimiz bu fürsətdən istifadə edərək sinif otaqlarında keçməli olduqları dərsləri ev şəraitində müəllimlərin verdikləri izah və təlimatlara uyğun olaraq yerinə yetirərəcək, tədrisdə yaranan fasilədən sonra sinif otaqlarına hazırlıqlı qayıdacaqlar”.

Nazir bildirib ki, bu işdə valideynlər övladlarına yaxından dəstək olmalı, onların ev şəraitində təhsilə vaxt ayırmalarına şərait yaratmalıdılar:

“Əminəm ki, yaxın zamanlarda bütün işlər öz axarına qayıdacaq, təhsil müəssisələrində dərs prosesi bərpa olunacaq”.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930