dini radikalizm və ekstremizmlə mübarizə

Şentop: “Ermənistanın müsbət addımlarına eyni qarşılıq verəcəyimizə şübhə olmamalıdır”

Şentop: “Ermənistanın müsbət addımlarına eyni qarşılıq verəcəyimizə şübhə olmamalıdır”

“Ermənistanın bu dəfə doğru addım ataraq sülh tərəfdarı olacağını gözləyirik. Xoş niyyətlə və səmimi davrandığı təqdirdə Ermənistanın atacağı müsbət addımlara eyni yanaşma ilə qarşılıq verəcəyimizə heç kim şübhə etməməlidir”.

Djb.az Apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

O bildirib ki, 30 illik işğalın nəticələrinin aradan qaldırılmasında Türkiyə Azərbaycanla bir və bərabər olacaq.


M. Şentopun sözlərinə görə, iki ölkənin parlamentləri arasında əlaqələr mükəmməl səviyyədədir.

Türkiyə parlamentinin sədri ötən il 18-20 oktyabr tarixlərində nümayəndə heyəti ilə Azərbaycanı ziyarət etdiyini də xatırladıb.

Oxunub: 799
Oxşar xəbərlər
SON XƏBƏRLƏR