dini radikalizm və ekstremizmlə mübarizə

“Dünyanın ən faşist təcrübələrinə müraciət edirlər”

Baxış Sayı:209

“Dünyanın ən faşist təcrübələrinə müraciət edirlər”

Prezident Rəcəb Tayyib Ərdoğan 9 fərqli şəhərdə eyni vaxtda keçirilən Ədalət və İnkişaf partiyasının qurultaylarına videokonfrans yolu ilə qoşulub.

KONKRET.az xəbər verir ki, Ərdoğan çıxışında Türkiyənin təhsil, iqtisadiyyat, sənaye və texnologiya kimi bütün sahələrdə irəliləyiş içində olduğunu və yeni dövrə hazır olduğunu bildirib.

Ərdoğan, həmçinin Türkiyəni hədəf alan xarici dairələri də tənqid edib:

“Bizə demokratiya dərsləri verməyə çalışanların nə etdiklərini görürük. Bizi tənqid edənlər ən kiçik çətinliklərlə qarşılaşdıqda dünyanın ən faşist təcrübələrinə müraciət edirlər. Terror təşkilatlarını başqa yerlərdə dəstəkləyirlər, ancaq öz ərazilərində heç bir fəaliyyətə icazə vermirlər. Böyük Türkiyənin öz demokratik və iqtisadi siyasətlərini təyin etmək üçün atdığı addımların nə qədər əhəmiyyətli olduğunu gördük. Böyük və güclü Türkiyəyə heç olmadığımız qədər yaxınıq”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR