dini radikalizm və ekstremizmlə mübarizə

ABŞ rəngli inqilablara yenidən start verəcək - POLİTOLOQ

Baxış Sayı:152

ABŞ rəngli inqilablara yenidən start verəcək - POLİTOLOQ

“ABŞ xarici siyasətində Yaxın Şərq strategiyası Barak Obamanın dövründə reallaşdı. 2010-cu ildən başlayaraq bir çox Yaxın Şərq ölkələrində Ərəb baharı – inqilabların şahidi olduq. Əslində bu ABŞ Xüsusi Xidmət orqanları və Pentaqonun birgə layihəsi idi.”

KONKRET.az xəbər verir ki, bu fikirlər Bizim.Media-ya müsahibəsində poitoloq Zaur Məmmədov bildirdi.

Politoloq əlavə edib ki, lakin Trampın hakimiyyətə gəlişi ilə Ağ Evin xarici siyasət hədəflərinin bəzilərində səngimələr baş verdi:

“Bunun səbəbi isə odur ki, demokratlardan fərqli olaraq Tramp ABŞ hərbi kontingentinin Yaxın Şərqdə olmasından məmnun deyildi. Amma hazırda Vaşinqtonda hakimiyyətə demokratların əsas strateqlərindən biri olan Bayden gəlir və bununla da onlar Yaxın Şərqdəki Ərəb baharını davam etdirəcəklər”.

Zaur Məmmədovun fikirlərinə görə, Donald Trampın növbəti seçkilərdə Ağ Evə buraxılmaması üçün mümkün bütün addımlar atılır.

Bu da onunla bağlıdır ki, ABŞ-dakı dərin dövlət son 4 ildə Vaşinqton ətrafında baş verənlərdən məmnun görünmür:

“Baydenin liderliyi ilə ABŞ Avropa, Yaxın Şərq və Asiyada yeni siyasi coğrafiya yaratmaq istəyəcək və yeni rəngli inqilablar nəzəriyyəsi hazırlayacaq”.

Qeyd edək ki, ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı “B-52” təyyarələri Yaxın Şərqin hava məkanında yenidən patrul funksiyasını yerinə yetirməyə başlayıb.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR