» » Azərbaycanda 2 milyon adam pulsuz müayinədən keçib - Bu xəstəliklər aşkarlanıb - SİYAHI

Azərbaycanda 2 milyon adam pulsuz müayinədən keçib - Bu xəstəliklər aşkarlanıb - SİYAHI

Azərbaycanda 2 milyon adam pulsuz müayinədən keçib - Bu xəstəliklər aşkarlanıb - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən fevralın 12-dən başlayaraq respublika vətəndaşlarının tibbi müayinədən keçirilməsi tədbirləri regionlarla yanaşı, Bakı şəhərində də davam etdirilir.

Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 12 marta qədər 1941038 nəfər müayinədən keçib.

Qeyd edilib ki, idarə və təşkilatlarda tibbi xidmətlərin göstərilməsi, habelə birbaşa evlərdə yataq xəstələrinin müayinə edilməsi məqsədilə həkim briqadaları yaradılıb. Ultrasəs, laboratoriya, rentgen, exokardioqrafiya, qastroskopiya və digər müayinələr xəstəliklərin ilkin mərhələdə aşkar olunmasına imkan yaradır.

Müayinələr zamanı vətəndaşlarda bir sıra xəstəliklər aşkarlanıb. Bunlar əsasən aşağıdakılardır:

- arterial təzyiq;
- şəkərli diabet;
- qan xəstəlikləri;
- ürək-damar sistemi xəstəlikləri;
- nəfəs yolları xəstəlikləri;
- oynaq xəstəlikləri.



Həmin vətəndaşlara ambulator və stasionar müalicə təyin edilib, onlar dispanser qeydiyyatına götürülüblər. Mütəxəssislər onlara müalicə kursları təyin ediblər.

Xatırladaq ki, ölkə başçısının imzaladığı sərəncamda xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
Respublika əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunması tapşırılıb.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930