dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb

Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 85,7 mln. ABŞ dolları dəyərində qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) ixrac edib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 21,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda deyilir.

Məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan 70,4 mln. dollar dəyərində qızıl ixrac edib.

Qeyd edək ki, ötən il Azərbaycan 172,4 mln. dollar dəyərində qızıl ixrac edib. Bu, 2018-ci ilin göstəricisi ilə müqayisədə 46,1% çoxdur.

Oxunub: 560
Oxşar xəbərlər
SON XƏBƏRLƏR