dini radikalizm və ekstremizmlə mübarizə

Nazirlər Kabinetinə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələrinə dair izahat təqdim ediləcək

Baxış Sayı:141

Nazirlər Kabinetinə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələrinə dair izahat təqdim ediləcək

Nazirlər Kabineti “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, Qaydalara əsasən, növbəti büdcə ili üzrə büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri (büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla) cari ilin sentyabr ayının 15-dək Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə və Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında təqdim edilir.

Dəyişikliyə əsasən, bundan sonra qanunvericiliyə uyğun olaraq Milli Məclis tərəfindən təsdiq olunması nəzərdə tutulduğu hallarda növbəti büdcə ili üzrə büdcədənkənar dövlət fondlarının büdcələri haqqında qanun layihələri ilə bərabər qanun layihələrinə dair izahat da Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə və Hesablama Palatasına kağız və elektron daşıyıcılar formasında təqdim ediləcək.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR