» » FİFA Tokio-2020-nin təxirə salınması ilə bağlı bəyanat yayıb

FİFA Tokio-2020-nin təxirə salınması ilə bağlı bəyanat yayıb

  • 25-03-2020, 08:48
  • idman
  • 32
FİFA Tokio-2020-nin təxirə salınması ilə bağlı bəyanat yayıb

FİFA Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının 2021-ci ilin yayına qədər təxirə salınmasını dəstəkləyib.

Apasport.az saytının məlumatına görə, qurum Beynəlxalq Olimpiya Komitəsinin (BOK) koronavirus pandemiyası üzündən atdığı addımla bağlı bəyanat yayıb.

FİFA bunu idmançıların sağlamlığı üçün atılmış addım kimi qəbul edib: “FİFA qəti şəkildə inanır ki, idmanla məşğul olan bütün insanların sağlamlığı və rifahı həmişə ən yüksək prioritet olmalıdır. Buna görə də biz BOK-un qərarını alqışlayırıq. BOK-un qərarına uyğun olaraq FİFA yarışların təqvimindəki dəyişiklərlə bağlı maraqlı tərəflərlə birlikdə bütün əsas məsələlərin həlli ilə məşğul olacaq”.

Qeyd edək ki, bu il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Olimpiada 2021-ci ilin yayından gec olmayaraq baş tutmalıdır.
Oxşar xəbərlər
«    Nisan 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930