dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Premyer Liqasında onilliyin ən yaxşısı komandası bəlli olub

Azərbaycan Premyer Liqasında onilliyin ən yaxşısı komandası bəlli olub

Son günlərdə müxtəlif turnirlərdə son onilliyin ən yaxşıları açıqlanıb.

Apasport.az saytı Azərbaycan Premyer Liqasında son 10 ilin turnir cədvəlini tərtib edib.

2010-19-cu illərdə ölkə çempionatında 1562 oyun keçirilib. Bu matçlarda 19 müxtəlif klub qüvvəsini sınayıb.

4 komanda – “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Qəbələ” son 10 ildə Premyer Liqanın daimi iştirakçısı olub. Qələbəyə görə 3 xal prinsipi ilə hazırlanan onilliyin cədvəlindəki ilk 4 pillədə də bu komandalar qərarlaşıb.

Bütün göstəricilərdə böyük üstünlüyə malik olan “Qarabağ” siyahıda 1-cidir. “Neftçi” 2-ci sırada qərarlaşıb. Digər iki komanda isə 8 xal fərqlə 3-4-cü yerləri tutur. “Keşlə” “Qəbələ”dən kiçik fərqlə öndədir.

Bu 10 ildə Premyer Liqada 3563 qol vurulub.

Qeyd edək ki, texniki nəticələr oyun, qələbə və məğlubiyyət sayında əks olunsa da, top fərqində nəzərə alınmayıb.

Oxunub: 641
Oxşar xəbərlər
SON XƏBƏRLƏR