» » Qurban Qurbanov: Nəticəni qənaətbəxş saymaq olar

Qurban Qurbanov: Nəticəni qənaətbəxş saymaq olar

  • 26-07-2018, 08:39
  • idman
  • 255
Qurban Qurbanov: Nəticəni qənaətbəxş saymaq olar

Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idilər, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar.

Oxu.az-ın xəbərinə görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kukesi” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O, nəticəni qənaətbəxş hesab edib:

“Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829