dini radikalizm və ekstremizmlə mübarizə

BU GÜNLƏRİ AZƏRBAYCAN MİLLİ MƏTBUATI 146 YAŞINA QƏDƏM QOYUR


Gənc bir yazar kimi Azərbaycanın bütün mətbuat işçilərini səmimi qəlbdən təbrik edirəm!

Azərbaycanda ilk dəfə milli mətbuatımızın əsası 1875-ci ildə mərhum Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. İlk mətbuat orqanımız "Əkinçi" adlı bir qəzet idi. O dövrdə Seyyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Gorani və Məhbus Dərbəndi kimi bütün vətən övladları bu qəzetin ətrafına toplanmış və mürşidləri olan Həsən bəy Zərdabiyə dəstək vermişdirlər.

XIX əsrin II yarısında dəyərli mətbuat adamları Azərbaycanımızın, millətimizin və xüsusilə də ki, gənclərin inkişafı üçün əllərindən gələnləri əsirgəməmiş, milli-ictimai nöqsanları hər daima öz məqalələrində əks etdirmiş, bunun üçün bir çıxış yolu axtarmışdırlar.

Çox təəssüflər olsun ki, həmin illərdə məmləkətimiz Çar Rusiyasının bir müstəmləkəsi olduğuna görə Çar höküməti "Əkinçi" qəzetinin milli mövqeyindən ehtiyat edərək 2 ildən sonra, yəni ki, 1877-ci ildə qəzetin bağlanılması barədə qərar vermişdir.

Cəmi iki il mövcud olmasına baxmayaraq, "Əkinçi" qəzeti Azərbaycanın milli, ictimai, mədəni və mətbuat tarixində silinməz bir iz buraxmışdır. Azad, müstəqil sözün banisi olmuşdur.

Ümumiyyətlə, əsil jurnalist xalqın vətənin, millətin, dövlətin mənafeyi uğrunda çalışmalıdır! Daha milli mətbuatımızın və Jurnalistika sahəsinin adına ləkə gətirəcək işlər ilə məşğul olmamalıdır. Rəsmi jurnalistlər Jurnalistika fakültəsini bitirənlərdir. Həvəskar jurnalistlər isə sırf İlahidən ilham və vergi alaraq müxtəlif cür məqalələr qələmə alırlar.

Hər kəs öz vətəninə, millətinə və dövlətinə müxtəlif cür xidmətlər edir: əsgər silahı alim elmi, müdrik insan zəkası və s. Jurnalist isə öz qələmi ilə xidmət edir.

Bu gözəl gün münasibətilə bir daha öz məsləkdaşlarımı təbrik edir və onlara bu şərəfli peşələrində bol-bol uğurlar, yüksək nailiyyətlər, ruzi-bərəkət və müvəffəqiyyətlər arzulayıram!

Ərtoğrul Mehdizadə

Oxunub: 586
Oxşar xəbərlər
SON XƏBƏRLƏR