dini radikalizm və ekstremizmlə mübarizə

Gəncə Dövlət Milli Dram Teatrında Mətbuat konfransı


01 iyul 2026-cı il tarixində Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin Gəncə şəhərində fəaliyyət göstərən bir sıra media nümayəndələri ilə mətbuat konfransı keçirilib.

Görüşdə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev media nümayəndələrinə teatrın fəaliyyəti, qarşıdakı yaradıcılıq planları və yeni layihələri eləcə də teatrın gələcək hədəflər barədə ətraflı məlumat verilib. Həmçinin mətbuat konfransında qeyd olunub ki, Gəncə Dövlət Milli Dram Teatrı Azərbaycan teatr sənətinin zəngin ənənələrini yaşatmaqla yanaşı, müasir səhnə estetikasına uyğun yeni tamaşaların hazırlanmasına, gənc yaradıcı qüvvələrin dəstəklənməsinə və repertuar siyasətinin daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirir. Ədalət Hacıyev çıxışında teatrın 130-cu teatr mövsümdə nümayiş etdirilən tamaşalar, keçirilən festivallar, bölgələrdə təşkil olunan qastrol səfərləri, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, eləcə də tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, teatrın yaradıcı kollektivi klassik və müasir dramaturgiyanın ən yaxşı nümunələrini səhnələşdirməklə milli mədəni irsin təbliğinə və Azərbaycan teatr sənətinin inkişafına töhfə verməkdə davam edir.

Görüş zamanı teatr direktoru həmçinin vurğulayıb ki, teatrın əsas məqsədi yüksək bədii-estetik dəyərlərə malik səhnə əsərləri təqdim etməklə tamaşaçı zövqünün formalaşmasına töhfə vermək, milli-mənəvi dəyərlərin təbliğini gücləndirmək və Azərbaycan teatrının beynəlxalq arenada tanıdılmasına xidmət edən layihələri davam etdirməkdir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb, teatrın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda media nümayəndələri belə görüşlərin mütəmadi olaraq gecirilməsinin vacibliyini vurğulayaraq teatr ilə media arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, ictimaiyyətin teatrın fəaliyyəti barədə operativ və dolğun məlumatlandırılmasına, eləcə də Milli teatr sənətinin təbliğinə mühüm töhfə veriləcəyi bildirilib.


Oxunub: 0
Oxşar xəbərlər
SON XƏBƏRLƏR