dini radikalizm və ekstremizmlə mübarizə

Alın yazısı...


Hər bir insan yaşadığı ağrılı, acılı günlərə alın yazımdır deyərək sinə gərir. Nə olursa- olsun ayaqda durmağa, daha da mübariz olmağa çalışır. Kimi taleyinə üsyan edər, kimisə acısına, kədərinə sinə gərəkər fələyin acığına mətinləşər. Bəzən dərdli insanları belə dərd yıxa bilməz o, dərdi yıxaraq ayaqları altına alar və fələyin inadına qismətin inadına yaşayar. Ataların bir misalı var "Dəmir döyülərkən bərkiyər".
Bəlkə də bu gün oxucularıma söz açacağım qəhrəmanımın beləcə dəmir kimi bərkiməsində taleyin öz payı var.
Bəzən çox kiçik yaşlarından acıların, həsrətin nə olduğunu yaşayan körpələrdə olur. Kimisi atasızlığı, kimisi anasızlığı yaşayaraq həyat yolunda yıxılaraq, büdrəyərək dizlərini qanadaraq böyüyür.Və onu başqa uşaqlardan fərqi edən də məhz bu olur, o dizlərini qanadarkən "can... balama qurban" deyən, anasının olmaması .
Ana nəvazişini, təsəllisini eşitmədən yarasını özü sarmaq məcburiyyətində qalan uşalardan biridə Elnur idi o, istəmədən uşaqkən böyüdü. Həmyaşıdlarından hər zaman fərqləndi. Uğurlarını dişi ilə, dırnağı ilə qazandı.
Bu gün oxucularıma söz açacağım insan cəmiyyətdə hörmət sahibi olan gənclərdən biridir.
O, uşaqlığından mübariz olmağı öyrəndi. Söz açdığım alın yazısı ondan anasını çox kiçik yaşlarında alsa da o, gecələri anasızlığın acısına güc gəlmək üçün yastığına göz yaşı tökdü, səhər sübh açılanda isə göz yaşını atasından gizlədi. Ziyalı bir ailədə dünyaya göz açan qəhrəmanımızın atası həkim, anası isə müəllimə idi. O, evin tək övladı idi. Bəlkə də bacısı, qardaşı olsaydı kədərini, dərdini bölüşməyə çətinliklərində yanında ola biləcək bir həmyaşıdı olardı. Amma qismətdə atası ilə birgə yaşa dolmaq varimiş.
Beləcə kiçik yaşlarından həyatın mübarizə meydanında püxtələşən, mətinləşən hətta deyərdim bir dəmir parçası kimi bərkiyən Elnur Alıyev bu gün minlərlə insanlar tərəfindən sevilir.
Onun həyatını izləyək.
Elnur Tahir oğlu Alıyev
3 iyun 1982- ci ildə Ağsu rayonu Növcü kəndində anadan olub. 1999- cu ildə Bakı şəhəri Səbail rayonu Osman Mirzəyev adına orta məktəbi bitirib. 2003- cü ildə ADBTİA məzunu olub. 2002-2003 cü illərdə Xüsusi Xidmətlər mərkəzində məsul vəzifədə çalışıb.2003-2004 cü ildə hərbi xidməti başa vurub.
2007-ci ildən "Ağsu" İdman Klubunun təsisçisi və prezidentidir. 2005-2015-ci illərdə millət vəkili Ə. Cavadovun köməkçisi.
2015-ci ildən bu günə kimi "Ağsu" idman kompleksinin direktorudur.
2016- cı ildən Azərbaycan Kikboksinq Federasiyası tərəfindən əməkdaş məşqçisi, 2017-ci ildə "İlin məşqçisi", 2018- ci ildə "İlin hakimi",
2018- ci ildə Kikboksinq idman növündən "Dünyanın 10 ən yaxşı hakimi", 2019-ci ildə "Avropanın ən yaxşı 5 hakimi" seçilmişdir.
2020 cu ildə Milli məclisə namizəd olaraq qatılmışdır.
Ailəlidir iki evladı var.
Beləcə əməkdar məşqçi Elnur Alıyevin həyat yolunu izlədikdə onun mübarizliyinin, savaşçı olaraq qazanmaq əzmini, kiçik yaşlarından bu günə kimi tək, heç kimin köməyi olmadan əldə erməsi də alın yazısı deyilmi?!
Bu gün Elnur İdman sahəsində minlərlə azyaşlının sağlam mühitdə böyüməsi üçün çalışır. Azərbaycanı dünyada tanıdaraq üç rəngli bayrağımızı dalğalandırmaları üçün əlindən gələni əsirgəmir.

Elnir Aliyev gənclərin vətənpərvər yetişməsində önəmli addımlar atır. Nefçi İdman klubunun İctimai Birliyinin nəzdnində fəaliyyət göstərən "Ağsu" idman kompleksinin əməkdaşları və idmançıları hər zaman şəhidlər xiyabanın ziyarət edirlər. Elnur Alıyev haqqında ilk məlumatı 2020- ci ildə Vəfa Sosial İctimai Birliyinin sədri Fatimə Hacıbəylidən almışdım. Milli məclisə namzədliyi irəli sürülmüş bir gəncin gördüyü işlərlə hətta plotforması ilə maraqlanmışdım. Onun fikirlərini çox bəyənmişdim. Dövlətinə, xalqına, millətinə bağlı bir gənc olduğu artıq onda bilirdim.
Texnika və texnaloğiya dövrü olduğu üçün sosial media hesablarımızdan istənilən insanın fəaliyyətini izləmək olur. Elnur Alıyev də o vaxtdan diqqət mərkəzimdə idi. Hətta əksər hallarda xəbərlərin verilməsi üçün onun şəxsi hesabından idman xəbərləri də hazırlamışam.
Koronavirus pondemiyasının ölkəmizdə tüğyan etdiyi bir vaxt Elnur Alıyevin paylaşım etdiyi bir şəkil diqqətimi çəkdi. O, masanın üzərində çoxlu xırda pul və oğlanları ilə paylaşdığı rəsmin üst nahiyyəsində yazırdı: Bəzən övladlarımız bizə örnək olur.
Oğullarımla qürur duydum. Yazını sona kimi oxudu.
Oğulları velosipedlərini dəyişmək üçün xərcliklərinsən ayıraraq yığdıqları pulu pondemiyadan əziyyət çəkənlərə yardım fonduna keçirmək istədiklərini atalarına bildirmişlər.
Bəli, ağac öz kökü üstündə bitər misalı öz təsdiqini tapır. Tahir həkim kimi insanın Elnur kimi oğlu varsa, Elnur Alıyevində belə gözəl övladları olmalıdır, gələcəyin vətənpərvər əsgərləri.

P.S. Azərbaycanın dünyada güclü idman ölkəsi kimi öz mövqeyinin qoruyub saxlaması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş idmana yüksək diqqət və qayğı siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində əldə olunur. Məhz bu uğurlu idman siyasətinin nəticəsidir ki, ölkəmiz beynəlxalq idman tədbirlərində yüksək səviyyədə təmsil olunmaqla yanaşı, öz sözünü ev sahibliyi etdiyi möhtəşəm beynəlxalq tədbirlərdə də demişdir. Bütün bu naliyyətlər qüdrətli Azərbaycanın gələcək uğurları üçün güclü zəmin yaradır.
Məndə öz növbəmdə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Elnur Alıyevi və Azərbaycan idmanına tövhə vermiş hər bir idmançını başda olmaqla, bütün xalqımızı ürəkdən təbrik edirəm. Azərbaycanın güclü inkişafı naminə yeni-yeni qələbələr arzulayıram.


ALMAZ İLAHƏ
Təsisçi









Oxunub: 789
Oxşar xəbərlər
SON XƏBƏRLƏR