dini radikalizm və ekstremizmlə mübarizə

Professor Yusif Babanlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elimlər Akademiyasının həqiqi üzvü seçilib.


Djb.az xəbər verir. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman işləri üzrə prorektoru, professor Yusif Babanlı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və “Beynəlxalq Qızıl Ulduz” medalı ilə təltif edilib.
Azərbaycan elminin və təhsilin inkişafında xidmətlərinə görə bir sıra görkəmli alimlər də Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və medalla təltif olunublar.
Professor Yusif Babanlı Azərbaycan alimlərinə göstərilən xüsusi diqqət və etimada görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasına öz dərin təşəkkürünü bildirir.


Oxunub: 537
Oxşar xəbərlər
SON XƏBƏRLƏR