dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az-ın Koronavirus Pondemiyasına tutulan əməkdaşı Nərminə Cəfərovanın vətəndaşlara müraciəti


Həyat 5 günlükdü deyəndə hər zaman gülüb keçirdim, nədənsə bu sözə biganə yanaşırdım. Heç bir zaman xəstəliyə tutulmadığım halda anidən koronavirus pandemiyasına yoluxmağım, mənim həyata baxışımı dəyişdi. Bu xəstəlik mənə çox şeyi anlatdı. 3 gün ölümlə üz-üzə qaldım, ən çox ehtiyacımız olan nəfəsi ala bilmədim, bir anda hərkəsdən halallıq istədim düşündümki artıq ölürəm. Bəzən söhbət əsnasında bir insanın adama nəfəs qədər yaxın olmasından söz açardılar. Ya da nəfəsin insana nə qədər önəmli olduğundan, nəfəsin gedib geri gəlməməsinin şahidi oldum. Allah bir anda verdiyi nəfəsi səndən ala bilər sözlərinin dərinliyini yalnız o 3 gündə anladım. Və anladım ki, nədən insanlar çox sevdikləri insanlara nəfəsimsən deyirlər. Demək həqiqətən də nəfəs qədər yaxın olmaqda varmış. Havasızlıqdan boğularkən son saniyələrim olduğunu düşünürdüm. Amma Allah istəməsə ağacdan yarpaq belə yerə enməzmiş. Mən ölümü düşünürkən geriyə yolda var imiş. Çox zaman çətinliklə üzləşərkən -Almaz xanım söyləyir " Hər bir qaranlıq gecənin bir aydın səhəri var." ALLAHDAN ümid üzülməzmiş.
Mən bu cümlələrin həyatı mənasını ölümlə üzbə-üz olduqda tam dərk etdim. Bir sözlə, Allaha mənim üçün edilən dualar eşidildi, Rəbbim bir daha mənə ikinci ömrü bağışladı mən yaşadım, ölmədim.
Goranboy xəstəxanasına yerləşdirilən gündən hər gün təcili tibbi yardım maşınlarının gün ərzində xəstələr gətirməsi, həmin xəstələrin yaxınlarının qapıarxasından göz yaşı ilə boynubükük dayanması və gün ərzində xəstəxanadan çıxan koronavirus qurbanları, dünyasını dəyişən şəxslərin yola salınması doğmalarının fəryadının istər- istəməz şahidi olurdum. Bilsəniz bu görüntüləri izləmək necə ağırdır. Hər bir itirilən insan həyatı bir insanın deyil, bir ailənin hətta deyərdim bir neçə ailənin faciəsidir. Bu fəıakəti izləmək, şahidi olmaq, ölümü canlı yaşamaqdır. Xəstəliyə yoluxduğum zamana kimi sanki bunu dərk etmirdim, ümumiyyətlə bu xəstəliyə önəm vermirdim, amma yaşadıqlarım mənə çox şey öyrətdi. İnsanın sümüklərinin agrıması və sanki yanması, nəfəs ala bilməmək, sudurğalar çox dəhşətli ağrılardı. Bu xəstəliyi hal-hazırda yaşayan bir insan kimi hərkəsə müraciət edərək demək istəyirəm ki, son dərəcə diqqətli olaraq həm özlərinə, həm də doğmalarını qorusunlar. Bu xəstəlik insanı çox ani yaxalayır və ildırım surəti ilə insanın sağlamlığına son qoyur. Mən Allahın rəhmi və həkimlərin səyi nəticəsində bugun artıq özümü yaxşı hiss edirəm. Bunun üçün Goranboy rayon karantinə ayırılmış xəstəxananın Baş Həkimi İftixar bəyə, Xətai həkimə, baş tibb bacısı Aytəkin xanıma, baş tibb bacısının köməkçisi Gülnaz xanıma və onların simasında bütün kollektivə mənə, anama, Şəhid yoldaşı Yeganə xanıma və xəstələrə göstərdikləri diqqət və qayğıya görə dərin təşəkkür və minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, bizim belə peşəkar həkimlərimiz və tibb bacılarımız var. Mənim bəlkədə sağalma şansım heç yox idi, ancaq dostlarımın mənə verdiyi dəstəy sosial mediada, telefonda yazdıqları mesajları oxuduqda göz yaşlarımı saxlaya bilmirdim. İlk növbədə atamın ruhu qarşısında baş əyirəm hər bir çətinliyimdə deyirdim:-
" Atamın ruhu məni qoruyur." Yenə də atamın ruhu və ona dəyər verən insanların duaları, dostlarımın dəstəyi mənə mənəvi güc verdi. Bir zamanlar bəlkə də düşmən kimi qəbul etdiyim insanlara qarşı kin -kidurət hissi məndə öldü. İnsanlara sevgim artdı. Almaz xanımın bir sözünü xatırladım. "İLAHƏ mənə ölümü ilə bir dünya açdı". Bu sözdə necə böyük həqiqət varimiş İlahi. Mənə də bu xəstəlik bütün bəşər insanlarına sevgi bəxş etdi. Anladım ki, bu həyatda yalnız və yalnız gözəl əməllər üçün yaşamaq lazımdır. Bu günə kimi etdiyim xeyriyyəçiliyim bundan sonra yaşayaramsa min qat artıq olacağına əminəm. Bir daha Coranboy rayon xəstəxanasının kollektivinə göstərdikləri diqqətə görə təşəkkürümü bildirirəm. Eşq olsun Goranboy rayon xəstəxanasının kolleltivinə.

Oxunub: 1 337
Oxşar xəbərlər
SON XƏBƏRLƏR