» » QARABAĞ SEVDALISl AD GÜNÜN MÜBARƏK

QARABAĞ SEVDALISl AD GÜNÜN MÜBARƏK

  • 10-05-2020, 12:07
  • Gundem
  • 107

Rey Kərimoğlu Qasımov 9 may 1967-ci ci ildə Ağdam rayonunun Şıxbabalı kəndində, türk ailəsində anadan olub.

1984-cü ildə həmin kəndin orta məktəbini bitirib. 1985-87-ci illərdə Sovet Ordusu sıralarında xidmət edib.Əvvəlcə Ağdam Kənd Təsərrüfatı Texnikumunun İnşaat, sonra isə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib.

Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Ağdam – Əskəran istiqamətindəki Azərbaycanın ilk şəhidləri Əli ilə Bəxtiyarın həlak olduğu gün yürüşdə olub.

1988 - 91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin Ağdam rayon şöbəsinin dayaq dəstələrinin yaradılmasında, onun fəaliyyətində yaxından iştirak edib. Gecələr ermənilərlə həmsərhəd kəndlərimizdə müdafiə dəstələrində ov tüfəngi ilə keşik çəkib. Qarabağda komendat saatını həyat keçirən Sovet ordusunun rəhbərlərinin birtərəfli şəkildə erməniləri himayə etmələrinin əleyhinə təşkil edilən aksiyalarda iştirak edib.

1991-ci ildən Erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda rəsmi şəkildə iştirak etmək üçün könüllü olaraq Milli Ordu sıralarına (Azərbaycanın Milli Qəhrəmanı, mərhum polkovnik-leytenant Şirin Mirzəyevin yaratdığı 836 saylı hərbi hissənin tərkibində) qoşulub. Həmin hərbi hissənin kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə vuruşub.

9 avqust 1992-ci ildə Xankənd istiqamətində, Noraguh kəndi yaxınlığında növbəti kəşfiyyat əməliyyatı zamanı ikinci dəfə yaralanıb. Aldığı yarayla əlaqədar olaraq 1993-cü il fevralın 26-da rəsmi şəkildə ordudan tərxis olunub. 2-ci qrup Qarabağ əlilidir.

Bu günə qədər heç bir siyasi partiyanın üzvü olmayan R. Kərimoğlu 1994-cü ildə Azərbaycan Xalq Cəbhəsi təşkilatının sıralarından istefa verib. 1995-ci ildən dövrü mətbuatda - "Zaman", "Əlillər", "Şərq" , "Vətəndaş Həmrəyliyi", "Bizim Yol", "Milli Yol", "Yeni Müsavat" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb.

1996-cı ildən Qarabağ Əlillər Cəmiyyətinin, 2001-ci ildən isə "Qarabağ Qaziləri" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini daşıyır. 2001-ci ilin yanvar-fevral aylarında Qarabağ Əlillər Cəmiyyətinin əlillərin sosial-iqtisadi problemləri ilə əlaqədar təşkil etdiyi ümumrespublika etiraz aksiyasının təşkilatçılarından biri olub.

JuHİ-nin (Jurnalistlərin Həmkarlar İttifaqı) yaradıcılarından və ilk idarə heyətinin üzvü olub. Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır.
2015-ci ildən Qarabağ qazilər birliyinin QAZİLER.AZ saytını yaradıb. Saytın baş redaktorudur.

Mətbuatda "Kəşfiyyatçının xatirələri", "Barıt qoxusu" layihəsində silsilə yazıları çap edilib. APA TV-nin "Müharibə adamı" ləyihəsinin rəhbəri və verilişin aparıcısı olub. Bu layihə çərçivəsində əsasən Qarabağ müharibəsini əhatə edən otuz veriliş çəkilib başa gəlib.
Azərbaycanın ən populyar media mükafatı olan "Media Açarı" mükafatının qalibidir.
Hazırda Qaziler.az saytının baş redaktorudur.

Qaarabağ müharibəsinə həsr olunan "Kod adı: REY" kitabının müəllifidir. Yazar əsərində iştirakçısı olduğu müharibə hadisələrini əks etdirib.

Əziz Rey, ölkə jurnalistlərinin Qarabağa aparan yoldakı mayakısan. Biz sənə baxıb düzlənirik. Vətən adamsan. Əminik, sənin kimi vətəndaşı olan xalq uduzmayacaq. Qələmin süngü, süngün qələmindir. Hər ikisi bu məmləkətə xoşbəxtlik, firəvanlıq gətirsin, DİRİ ŞƏHİD!
Oxşar xəbərlər
Faydalı keçidlər
Tumgiad.com.tr
«    Temmuz 2020    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031