dini radikalizm və ekstremizmlə mübarizə

QƏHRƏMANLIQ SƏLNAMƏSİ

QƏHRƏMANLIQ SƏLNAMƏSİ

Vətən qaladır .Əzəmətli vüqarlı qala. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən,sal qaya kimi düşmən qarşısını kəsən oğullardır. Bu məhz o oğullardır ki, bizim vətənimizin qorunmasında canlarından keçərək şəhid oldular. Bu o oğullardır ki, onların sayəsində biz əmin amanlıqda yaşayırıq.
4.04.2018-ci il Azərbaycan Respublikası 20 Yanvar Şəhidləri İctimai Birliyinin sədri Sultan Əzimzadənin və Şəhid Gizir Elimdar Səfərovun aliəsinin təşkili ilə Nefçala rayonun Qaramanlı kəndində "Qəhrəmanlıq salnaməsi" başlığı altında tədbir keçirildi. Tədbirin məqsəd və məramı Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin yad edilməsi, onların ailələrinə mənəvi dəstəy olmaqdan ibarət idi.
Tədbirə media dəstəyi DJB.AZ olması mənə tədbirin aparıcı olmaq şərəfi verdi. Bu səhnəni Hərbi Vətənpərvər mahnıların ifaçısı Şəmistan Əlizamanlı ilə bölüşmək daha qürur verici oldu. "Qəhrəmanlıq səlnaməsi" başlığı altında keçirilən tədbiri giriş sözü ilə 20 Yanvar Şəhidləri İctimai Birliyinin sədri Sultan Əzimzadə açaraq tədbirin məqsəd və məramların vurğuladı, sonra isə söz Nefçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevə verildi o, tədbir iştirakçıların və gələn qonaqları salamladı, şəhidlərimizin sücayətlərindən, igidliklərindən söz açdı.
Bu tədbirin təşkil edilməsi məhz 4.04.2018- ci il aprel şəhidlərinin yad edilməsiylə birgə XTQ Giziri Elimdar Səlimxan oğlu Səfərovun da şəhadətinin ikinci il dönümü qeyd etmək və şəhidlərimizin ruhunu şad etməklə yanaşı gənc nəsli vətənpərvər ruhda yetişməsinə meyar olmaq idi. Məhz bu tədbirdə iştirak etmək üçün Bakıdan Azərbaycan Respublikasının ilk Sərhəd Qoşunları komandanı General İsgəndər Allahverdiyev, Azərbaycan Bayrağı Ordeninin mükafatçıları Polkovnik Xətayi Baxışov, Hikmət Ağayev, Əjdər Qurbanov, Respublika Ağsaqqallar şurasının məclis üzvü Akif Kərimov, Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının Rusiya nümayəndəsi Elşən Əliyev, Moskva Geoligiya Elmlər Akademiyasının akademiki Yasamal rayon Ağsaqqalar şurasının üzvü İbrahim Ələkbərov, Xətai rayon Ağsaqqallar şurasının üzvü Əzizağa Nüseynov, Hərbi Vətənpərvər mahnıların ifaçısı mayor Şəmistan Əlizamanlı, Alpaqut Federasiyasının Vitse prezidenti Ruslan Quliyev, Alpaqut Federasiyasının fəxri üzvü Elnur Fərzəliyev, 20 yanvar ictimai birliyinin sədr müavini Mustafa Əliyev və birliyin üzvləri, 1990-1995 ci ildə şəhid olmuş şəhidlərin ailə üzvləri, 2016-cı ildə Aprel hadisələrində şəhadətə qovuşan şəhidlərimizin valideyinləri,
Qazilər.az xəbərlər saytının rəhbəri Pey Kərimoğlu, Vətən qəzetinin baş redaktoru Qafar Nuriyev, Qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimayyətindən RİH başçısı İsmayıl Vəliyev və PİH nümayəndələri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Nefçala rayon şöbəsinin rəisi Turan Əliyev, DİN Nefçala rayon üzrə bölmə rəisi Vüsal Şəbiyev və Salyan rayon DYMX rəisi Əli Abdullayev iştirak edirdilər.
Tədbirə yüksək şəkildə keçirilməsində şəhid Sakit Kərimovun adını daşıyan Qədimkənd tam orta məktəbin şagirdləri, Aşağı Qaramanlı kənd orta məktəbi, Xıllı qəsəbəsi şəhid Faruk Quliyev adına 2 saylı tam orta məktəbin şagirdlərinin vətənpərvərlik ruhunda olan şerləri tədbir iştirakçılarını kövrəldi.
Bu günün övladları bizlərin gələcəyidir, onların hər biri vətənpərvər ruhda tərbiyyə almalıdırlar ki, Vətən, dövlət sarsılmasın. Məhz bu baxımdan Bakının 179 saylı tam orta məktəbinin 4 cü sinif şagirdi Bahar Abbasova da şəhidlərin ruhunu şad etmək üçün Qaramanlı kəndinə gəlmişdi. Bizim gənc nəsil bu səpgidə irəliləyərsə Azərbaycan bayrağı heç bir zaman enməz. Bir dəfə ucalan bayrağ, bur daha enməz.
P.S. Qaramanlı kəndinə girər-girməz məni Qəsəbə icra nümayəndəliyində gözlədikləri deyildi. Tədbirin aparıcı olacağım üçün informasiya alaraq senari üzrə işləməli idim.
Məni qarşılayan 20 Yanvar İctimai Birliyinin sədr müavini əslən Qaramanlı kəndindən olan Mustafa Əliyev oldu. Birlikdə Qaramanlı kənd icra nümayəndəsinin müavini Zahir Əliyev, Nəsirova İlhamə, Süleymanova Aytən və Məmmədova Şərqiyyə xanımla həm tanış olduq, həm də tədbirimizin planını tərtib etdik.
Bizimlə birgə yorulmaq bilməyən çalışan Ələsgər müəllimə, Şəhid analarının oğlu adını qazanmış Elman Əsədillayevə, Ravin Həsənova, şairələr Mətanət Sevdalı, Nailə Məmmədli, Gülqədəm Mirzəzadə, Dərya Mərdanzadəyə bu tədbirin işişqlanmasında əməyi olan TV komandalarına, Multraplus.az xəbərlərinin redaktoru Akif Məcidoğluna, müxbir Nurlana xanıma, Kanal 365 TV rəhbəri Sevinc Əliqızı, müğənnilər Birgül Ağdamlıya, Sahil Abdullayevə dərin təşəkkürümüzü bildiririk ki, bizlərlə birgə olaraq tədbirimizə rəngarənglik qatdılar.

Almaz İlahə Əhmədova
Djb.az-ın təsisçisi

QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ
QƏHRƏMANLIQ SƏLNAMƏSİ

Oxunub: 1 470
Oxşar xəbərlər
SON XƏBƏRLƏR